Bakının mərkəzində binada yanğın başlayıb, sakinlər təxliyə edilib
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Mənbə: anews.az