Everest zirvəsində nepallı alpinistin meyiti tapıldı
Nepallı alpinist Binod Babu Bastakoti dünyanın ən hündür nöqtəsi olan Everest dağının zirvəsi yaxınlığında ölü tapılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Everestin zirvəsinə qalxmağa çalışan 37 yaşlı alpinist Bastakotinin dünyasını dəyişdiyi bildirilib.
Səlahiyyətlilər bir müddətdir xəbər tuta bilmədiklərini Bastakotinin cəsədinin 8 min 848 metr yüksəklikdə olan Everest zirvəsi yaxınlığında tapıldığını açıqlayıb.
Səlahiyyətlilər alpinistin ölümünün hündürlük xəstəliyindən qaynaqlandığını deyərək, cəsədinin axtarış-xilasetmə qruplarının müşayiəti ilə zirvədən endirilməsinə çalışıldığını bildirib.
Səlahiyyətlilər həmçinin dünən Everest dağının zirvəsi yaxınlığında ölü tapılan 40 yaşlı keniyalı alpinist Şeruyot Kiruini müşayiət edən nepallı bələdçi Navanq Şerpaya ilə də hələ əlaqə saxlamaq mümkün olmadığını açıqlayıb.
BAKU.WS