Image

Komitə: İlin əvvəlindən bu yana erkən evliliklə bağlı 14 müraciət olub, 11-nin qarşısı alınıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu ilin ilk 7 ayı ərzində erkən evliliklə əlaqədar 14 müraciət daxil olub.

Bu barədə komitədən məlumat verilib.

Qeyd edilib ki, aidiyyəti qurumlarla aparılan koordinasiyalı fəaliyyət nəticəsində 11 erkən evliliyin qarşısı alınıb.

Komitə xatırladıb ki, 2025-ci ildə isə ümumilikdə Dövlət Komitəsi və qurumun tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.

Aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.

Mənbə: anews.az

Xəbər lenti