Bu ölkədə narkotik istifadə edənlərin sayı içki içənlərin sayını ötdü
ABŞ-də "Carnegie Mellon" universitetinin alimləri gündəlik nə qədər siqaret və narkotik maddə istifadə edildiyi barədə araşdırma aparıblar.
BAKU.WS xəbər verir ki, tədqiqatlar zamanı 1979-2022-ci illər arasında olan statistika əsas götürülüb.
1992-ci ildə ölkədə narkotik istifadəsi ən aşağı səviyyədə olub.
Lakin həmin ildən bu günə qədər gündəlik statistikada 15 qat artış olub.
2022-ci ilin rəqəmlərinə görə ölkədə təxminən 17.7 milyon insan hər gün narkotik maddə istifadə edir.
Gündəlik olaraq 14.7 milyon adam da hər gün spirtli içki qəbul edir.
Məlumatlara görə 1979-cu ildən bu günə qədər narkotik maddə istifadə edənlərin sayı ilk dəfə 2022-ci ildə gündəlkik içki içənlərin sayını keçib.
Araşdırma barədə daha ətraflı məlumatlar "Addiction" jurnalında yayımlanıb.
BAKU.WS