Adile Naşiti bu gənc aktrisa canlandıracaq - FOTO
Türkiyəli məşhur aktrisa Adile Naşitin həyatından bəhs edən "Adile" filmdə onu canlandıracaq həmkarının adı bəlli olub.
BAKU.WS xəbər verir ki, bu Büşra Sütçüoğludur.
O, Bülent Ecevit Universiteti Dövlət Konservatoriyasının aktyorluq fakültəsinin məzunudur.
Aktrisa açıqlamalarından birində idealının Adile Naşit olduğunu bildirib.
Gənc aktrisa gələcək illərdə filmlərin dublyajı ilə də məşğul olacağını deyib.
"Sənət həyatımda həmişə teatr səhnəsində olmaq istəyirəm. Nə edirəmsə edim, teatr həmişə mənim həyatımda olacaq" - deyə, Büşra qeyd edib.
"Adile" filminin digər aktyor heyətinin kim olacağı isə yaxın günlərdə açıqlanacaq.
BAKU.WS
