Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayıb. Bu barədə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.
Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək
Mənbə: anews.az