Image

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnsident gecə saatlarında şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Mənbə: anews.az

Xəbər lenti

Paşinyan Əliyevə zəng edib

Brent bahalaşdı