Image

Sarayda zəncirvari qəza olub

Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, "BYD" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında dayanmış "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib

Mənbə: anews.az

Xəbər lenti

Sarayda zəncirvari qəza olub

Paşinyan Əliyevə zəng edib