Image

İranda 4 bal gücündə zəlzələ baş verib

İranın cənub-qərbində 4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Xuzistan əyalətində, Həftkel və İze şəhərləri yaxınlığında qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Təkanların əyalətin müxtəlif ərazilərində hiss edildiyi bildirilib.

Hazırda zəlzələ nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində də 4,5 bal gücündə zəlzələ qeydə alınıb

Mənbə: anews.az

Xəbər lenti

Aminin meyiti tapılıb

Sarayda zəncirvari qəza olub

Paşinyan Əliyevə zəng edib