Image

Bilgəhdə 35-40 yaşlarında kişi dənizdə bataraq ölüb

Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə 35-40 yaşlarında naməlum kişi bataraq ölüb.

Hadisə avqustun 10-da saat 01 radələrində qəsəbə ərazisində yerləşən çimərlikdə baş verib.

Məlumata görə, həmin ərazidə 35-40 yaşlarında kişinin meyiti aşkarlanıb. Ölən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma Sabunçu Rayon Prokurorluğunda aparılır.

Mənbə: anews.az

Xəbər lenti