Image

Azərbaycanda 7 ayda 86 mindən çox şəxsə proaktiv sosial ödəniş təyin edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada aylıq və birdəfəlik sosial müavinət və təqaüd təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata görə, proaktiv qaydada sosial ödəniş təyin olunanların 52,8%-ni kişilər, 47,2%-ni isə qadınlar təşkil edib.

 

Mənbə: anews.az

Xəbər lenti