Image

Çirk gəldiyini görsəm, əlillik verəcəyəm - Vətəndaş həkimdən şikayətləndi

Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Əsədov Anar Müzəffər oğlu 17 ildir aldığı əlillik təyinatının ləğv edilməsindən şikayətlənib.

Anar Əsədov Anews.az-a bildirib ki, ayağında implant var və uzun müddətdir səhhəti ilə bağlı ciddi problemlər yaşayır.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Anews.az-a açıqlamasında bildirib ki, Anar Əsədovun əlillik vəziyyəti həm elektron sistem üzərindən, həm də əyani müayinə zamanı qiymətləndirilib.

Onun sözlərinə görə, vətəndaşın səhhəti 2026-cı il avqustun 4-də Agentliyin həkim-eksperti tərəfindən əyani baxış zamanı da qiymətləndirilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq