Image

Sabah Astarada qaz olmayacaq

Sabah Astara şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, fasilə təmir-quraşdırma işləri ilə əlaqədar yaranacaq. Qaz təchizatı saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.

Qazın verilişinin təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi gözlənilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq