Azərbaycan və Çin "yaşıl enerji" layihələrini müzakirə edib
Azərbaycan və Çin enerji sahəsində əməkdaşlığı, o cümlədən Çin şirkətlərinin “yaşıl enerji” layihələrində iştirakını müzakirə edib. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
“Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən “yaşıl enerji” ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi apardıq”, – Şahbazov qeyd edib.
Mənbə: anews.az