Şıxov dənizində iki qadın boğulub
Bakının Şıxov çimərliyində dənizdə iki qadın boğularaq ölüb. APA-nın məlumatına görə, hadisə Şıxov çimərliyində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Anews-a bildirilib ki, dənizdə batan iki qadının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.
Məlumata görə, qadınlar sularda xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda batıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gülnar Nazimqızı
Mənbə: anews.az