Image

Şıxov çimərliyində iki qadın boğulub

Bakının Şıxov çimərliyində dənizdə iki qadın boğularaq ölüb. APA-nın məlumatına görə, hadisə Şıxov çimərliyində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Anews-a bildirilib ki, axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, qadınlar sularda xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda batıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sabah Astarada qaz olmayacaq