Kəlbəcərdə 3,6 maqnitudalı zəlzələ baş verib
Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:11-də, 5,7 km dərinlikdə qeydə alınıb.
Mənbə: anews.az