Bu ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə: anews.az