Image

Buzovnada nəzarətsiz ərazidə 30 yaşlı kişinin meyiti tapılıb

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə bir nəfərin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, meyit ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, dənizdə nəzarətsiz ərazidə aşkarlanıb.

Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq