Muzdla çalışanların sayı açıqlanıb
Azərbaycanda 2026-cı il iyulun 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib. Onların 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Muzdla çalışanların ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərib. Bu sahənin payı 18,8% olub.
İşçilərin 17,8%-i təhsil, 13,9%-i sənaye, 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,7%-i tikinti, 6,1%-i dövlət idarəetməsi və müdafiə, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində çalışıb.
Peşə, elmi və texniki fəaliyyətin payı 3,9%, maliyyə və sığorta fəaliyyətinin 2,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın isə 2,3%-ni təşkil edib. Digər sahələrin payına muzdla çalışanların 15,1%-i düşüb.
2026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 7% artaraq 1 174,4 manata çatıb.
Gülnar Nazimqızı
Mənbə: anews.az