Image

Xəstəliyindən danışan Selin Dion: "Yeriyə bilməsəm, sürünəcəyəm" - FOTO

Məşhur müğənni Selin Dion haqqında sənədli film çəkilir.

BAKU.WS xəbər verir ki, "I Am: Céline Dion" adlı ekran işində sənətçi uzun müddətdir əziyyət çəkdiyi "Əzələ sərtliyi sindromu"ndan danışıb.

Dion bildirib ki, nə olursa olsun, həyatda qalıb yaşamaq istəyir:

"Mənə nadir nevroloji xəstəlik diaqnozu qoyulub. Əvvəllər bu barədə heç nə demək istəmirdim, amma indi bunları danışmağa hazıram. Konsert vermək çətin deyil, onu ləğv etmək çətindir. Hər gün çox çalışıram, amma etiraf etməliyəm ki, bu bir mübarizədir.

İnsanlar... Onlar üçün darıxıram. Əgər qaçmıramsa, yeriyəcəyəm. Yeriyə bilməsəm, sürünəcəyəm. Amma dayanmayacağam!".

Xatırladaq ki, Selin Dion 2022-ci ildən bu xəstəlikdən əziyyət çəkir. 

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu