Image

Cozef Borrel: "Aİ-də vahid birlik yoxdur"

Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell bəyan edib ki, Aİ-yə üzv ölkələrin Ukraynadakı vəziyyətlə bağlı birliyi “çatlamağa” başlayıb.

Gundem.az bildirir ki, TVE kanalına müsahibəsində Borrel bildirib ki, artıq Ukraynaya hərbi yardım göstərməkdə iştirak etmək istəməyən ölkə artıq var. O hansı ölkədən danışdığına aydınlıq gətirməyib.

"Ehtiyatlı olun, birliyimiz çatlamağa başlayır" deyən Borrel, Aİ-də də Yaxın Şərqdəki münaqişə ilə bağlı vahid mövqenin olmadığını bildirib.

Borrel onu da qeyd edib ki, Aİ dünyaya ikili standartlar tətbiq etmədiyini göstərməlidir:

“Amma təəssüf ki, bu gün dünya hesab edir ki, biz ikili standartları rəhbər tuturuq"  

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir