Image

Astarada qonaqlığa gedən Əfqanıstan vətəndaşı öldü - FOTO

Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.

Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb