Ermənistanda etirazlar: Generalın oğlu, müğənni və deputat saxlanıldı - VİDEO
Ermənistanda itaətsizlik aksiyaları zamanı onlarla şəxs saxlanılıb.
Onların arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov, müğənni Arsen Qriqoryan, David Amalyan, həkim Gevorq Tamamyan da var.
Hüquq-mühafizə orqanları güc tətbiq edərək deputat Artur Sarkisyanı da saxlayıb.
Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları səhər saatlarından başlayıb. Xüsusilə, İrəvan-Aştarak və İrəvan-Armavir yolları bağlanıb. Aksiayalarda hərəkat lideri, arxiyepiskop Bağrat Qalstanyan da iştirak edib. O, Abovyan-Sayat-Nova küçələrinin kəsişməsində yolu bağlayıb. Paytaxt İrəvanda bir sıra prospektlər və küçələr də bağlanıb.
BAKU.WS