Image

Bred Pittin 15 yaşlı qızı "Pitt" soyadından imtina etdi - FOTO

Ancelina Colinin 15 yaşlı qızı Vivienne atası Bred Pittin soyadından imtina edib.

BAKU.WS xəbər verir ki, bacısı Zaharadan sonra o da, atasının soyadını istifadə etməyəcək. 

O Ancelina Colinin prodüseri olduğu "The Outsiders" adlı musiqili tamaşada sadəcə anasının soyadından istifadə edib. 

2016-cı ildə ayrılan Hollivud cütlüyü "Brancelina"nın 6 övladı var. Onlar "Coli-Pitt" soyadını daşıyırlar. Lakin qızları Vivienne artıq bu soyadın birini "Coli"ni yazdırır.

Onun soyadını rəsmi olaraq dəyişdirib-dəyişdirmədiyi hələ ki, bəlli deyil.

Xatırladaq ki, Ancelina Colinin 19 yaşlı qızı Zahara da buna bənzər addım ataraq atası Berdin soyadından imtina etmişdi. 

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu