Ajda Pekkan ilk dəfə səhnəyə çıxanda ona pomidor atıblar? - AÇIQLAMA - FOTO
Türkiyəli popçu Erol Evqin uzun müddətdən sonra həmkarı Ajda Pekkanla bağlı yayılan bir şayiəyə açıqlama gətirib.
BAKU.WS xəbər verir ki, Müjdat Gezenin "Bizim Ev" layihəsinə qonaq olan ifaçı Ajda Pekkanın illər əvvəl konsertində ona pomidor atıldığı ilə bağlı ilk dəfə danışıb. O yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb:
"Bir şəhər əfsanəsi vardır. "Ajda Pekkan ilk dəfə səhnəyə çıxanda ona pomidor atıblar" adlı... Həmin vaxt mən orada idim. Hər şeyi gördüm. Adanada və Mersində iki konsert verdi. Səhnədə çoxlu cazz mahnıları səsləndirdi. Çox da gözəl konsert keçdi. Bunlar məşhurların prestijinə zərbə vurmaq üçün yayılan şayiələrdir".
BAKU.WS
