Image

Ordumuzun hərbçisi su kanalında boğuldu

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Gundem.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb