Image

Yaşayış binasında PARTLAYIŞ OLDU

Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

Gundem.az-ın məlumatına görə, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb