Bağdadın ən hündür binalarından biri Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO
İraqın paytaxtı Bağdadda 28 May - Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılır. Təşəkkürlər İraq!", - deyə paylaşımda qeyd olunub.
BAKU.WS
Mənbə: baku.ws