Husilər ABŞ-nin 30 milyon dollarlıq 6-cı PUA-sını vurdular - VİDEO
Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan daha bir “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.
Bu barədə Yəmənin “Ənsaru Allah” hərəkatının sosial şəbəkə hesabına video yerləşdirilib.
Qeyd edək ki, bu, ötən ilin noyabr ayından bəri vurulan altıncı “MQ-9 Reaper” aparatıdır.
BAKU.WS