Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
İslandiyada fövqəladə vəziyyət elan edilib.
Gundem.az İslandiyanın yerli KİV-nə istinadən xəbər verir ki, Reykjanes yarımadasında baş verən vulkan püskürməsindən sonra dövlət bu addımı atıb.
Püskürmə yerli vaxtla saat 12:46-da başlayıb. Bundan sonra Qrindavik şəhəri boşaldılıb.
Qeyd edək ki, oktyabrın sonundan bəri yarımadada 24 min seysmik təkan qeydə alınıb, ən güclülərinin maqnitudası 5,2-yə çatıb. Bu, bölgədə vulkan püskürməsi ehtimalının yüksək olduğunu göstərir.
İslandiya ərazisində 33 aktiv vulkan mövcuddur. 2021-ci ildən bəri Reykjanes yarımadasında bir neçə püskürmə baş verib: 2021-ci ilin martında, 2022-ci ilin avqustunda, 2023-cü ilin iyulunda, 2024-cü ilin yanvar və martında. (Sfera.az)