İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının təkbətək görüşü KEÇİRİLİR
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ikitərəfli görüşlərin yekunu üzrə birgə mətbuat konfransı keçirirlər.
Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
***
10:57
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında təkbətək görüş başlayıb.
Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Mənbə: gundem.az