Xərçəngdən əziyyət çəkən Keyt Middltonun səhhəti açıqlanıb
Şahzadə Keyt Midlton sağalmaq üzrədir.
BAKU.WS xəbər verir ki, bu barədə "Vanity Fair" məlumat yayıb.
Kral ailəsinin dostu profilaktik kimyaterapiya kursunun uğurlu olduğunu söyləyib.
“Onun müalicədən sağ çıxması və özünü daha yaxşı hiss etməyə başlaması mənim üçün böyük rahatlıq oldu. Təbii ki, bu, çox çətin və həyəcanlı bir dövr idi. Hamı onun ətrafında toplaşdı - Vilyam, valideynləri, bacısı və qardaşı”, - mənbə bildirib.
Bununla belə, Keyt Middltonun nə vaxt ictimaiyyətə çıxacağı və yenidən işə başlayacağı barədə hələ dəqiq məlumat yoxdur.
“Bu, Keytin özünü hazır hiss edəndə və həkimlərin icazəsi olduqda baş verəcək. Ancaq o, 100% işə qayıdacaq, buna heç bir şübhə yoxdur”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 22-də Kate Middleton hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçdiyini açıqlayıb. Şahzadə bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb. Bu açıqlamadan sonra Böyük Britaniya kralı şahzadə Vilyamın həyat yoldaşının cəsarəti ilə fəxr etdiyini etiraf edib.
BAKU.WS