Image

Kadırov tapmacaya düzgün cavab verənə bir milyon rubl VƏD ETDİ - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov "Telegram" kanalında Rusiya prezidenti Vladimir Putin və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev ilə görüşdən video yayımlayıb.

O, görüntüdə izliyicilərinə tapmaca verib və ilk düzgün cavab verən müəllifə bir milyon rubl vəd edib.

“Dostlar, bu videoda Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev mənə nə dediyini tapan ilk şəxs bir milyon rubl hədiyyə qazanacaq”, - deyə Çeçenistanın rəhbəri yazıb.

Ramzan Kadırov düzgün cavab üçün şərt olaraq videonun altındakı şərhlərdə maksimal geniş cavabın yerləşdirilməsini və videomaterialın "Telegram" messenceri ilə hekayəsində paylaşılmasını istəyib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu