Image

Ölən sevgililərin valideynləri onlara kabus kimi toy etdilər - FOTO

Malayziyada avtomobil qəzasında dünyasını dəyişən cütlüyün valideynləri onların evlilik xəyallarını reallaşdırmaq məsdəlilə xəyali nikah təşkil ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "AsiaOne" məlumat yayıb.

Perak ştatından olan 31 yaşlı Yonq Kenq Şan və 33 yaşlı Li Xeyinq 3 il idi ki, görüşürdülər və evlənməyi planlaşdırırdılar. Lakin mayın 24-də onlar qəzaya düşüblər. Hadisə yerinə gələn tibb işçiləri cütlüyə kömək edə bilməyib. Şan iyulun 2-də ad günündə Xueyingə evlilik təklifi etməyi planlaşdırırmış.

Qohumları nekroloqda gənclərin evli olduğunu qeyd etmək qərarına gəliblər. Bazar ertəsi, mayın 27-də ailələr dəfn mərasimindən əvvəl onlar üçün kabus kimi toy keçirdiblər. Bu ənənəvi ritual həyatları boyu ər-arvad olmaq şansı olmayan sevgililərin ruhlarını birləşdirmək məqsədi daşıyır. Qohumlar Şan və Xueyinqin xüsusi toy fotosunu da çəkdiriblər.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu