Image

Türkiyəli məşhur saxlanıldı - 1 milyardlıq dələzduzuq

Türkiyənin mərkəzi Ankara olmaqla 21 vilayətində dələduzluq cinayətini törədən şəxslərə qarşı "Sibergöz-42" əməliyyatı həyata keçirilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar Ankara, Antalya, İstanbul, İzmir, Eskişehir, Uşak, Aydın, Muğla, Kütahya, Çorum, Balıkesir, Denizli, Adana, Bursa, Malatya, Tekirdağ, Isparta, Karabük, Konya, Şırnak ve Samsunda həyata keçirilib.

Əməliyyat zamanı məşhur yazıçı Aşkım Kapışmak da cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması ittihamı ilə İstanbulda saxlanılıb.

Məlumata görə, "Sıfır risklə yüksək qazanc" vədi ilə dələduzluq cinayətləri törədənlərə qarşı keçirilən əməliyyatlarda 1 milyard dollar qeyri-qanuni qazanc əldə etdiyi müəyyənləşən 127 şübhəli yaxalanıb.

Türkiyənin daxili işlə naziri Ali Yerlikaya, əməliyyatlar zamanı 1 milyard lirə dəyərində 177 daşınmaz və 61 daşınar mal varlığı, 1 sənədsiz silah, 1 boş patron və çoxlu rəqəmsal materialların ələ keçirildiyini bildirib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu