Image

Kann Film Festivalından danışan aktrisa: "Hadisənin başqa aspektləri də var imiş" - FOTO

Məşhur aktrisa Bennu Yıldırımlar açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktrisa Kann Film Festivalında nümayiş olunan filmlərdən birində rol aldığı üçün iştirak edib.

Yıldırımlar bəzi həmkarlarının isə markaları təmsil etdikləri üçün Kanna qatıldığını bildirib.

O Türkiyənin Kannda sadəcə filmlərlə təmsil olunmağını arzuladığını deyib:

"Filmdə çəkildiyim üçün Kann Film Festivalına getdim, sırf bu səbəbdən...

Lakin hadisənin başqa aspektləri də var imiş... Qırmızı xalıda markalarla gəzə bilmək mümkündür. Mən isə filmə görə orada idim. Hər zaman yaxşı filmlərimizlə Kann Film Festivalında iştirak etməyi daha vacib hesab edirəm".

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu