Image

Ruslar Putinin fəaliyyətini necə qiymətləndirir? – SORĞU

Rusiya vətəndaşlarının 82 faizi Vladimir Putinin prezidentlik fəaliyyətini müsbət qiymətləndirir.

Gundem.az Sfera.az-a istinadən xəbər verir ki, bunu İctimai Rəy Fondunun (FOM) sorğu məlumatları göstərir.

Sorğuda iştirak edənlərin 7 faizi dövlət başçısının işini kifayət qədər pis qiymətləndirib, 11 faizi cavab verməkdə çətinlik çəkib. Bundan əlavə, respondentlərin 81 faizi Putinə güvəndiyini, 11 faizi bu barədə mənfi düşündüyünü bildirib.

FOM-un məlumatına əsasən sorğu 2024-cü il mayın 24-dən mayın 26-dək ölkənin 53 rayonunun 104 yaşayış məntəqəsində aparılıb. Sualları 18 yaşdan yuxarı 1,5 min respondent cavablandırıb.

Mənbə: gundem.az

Xəbər lenti