Image

"Crocus City Hall"da terror törətməkdə şübhəli bilinərək saxlanılanların sayı AÇIQLANDI

Moskvada məhkəmə ümumilikdə 18 nəfəri "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilərək barələrində cinayət işi açıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Moskvanın Basmannı rayon məhkəməsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Crocus City Hall" hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıblar və konsert zalını yandırıblar. Qurbanların sayı 551 nəfərə çatıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu