Rolundan danışan aktyor: "Çox yemək lazım idi, bu hiss məni tükəndirirdi" - FOTO
Məşhur aktyor Hyu Cekmən "Deadpool Wolverine" filmindəki obrazının çətinliklərindən danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində "Wolverine" rolunu oynayan aktyor normal bədənə sahib olmaq üçün həddən artıq yemək məcburiyyətində qaldığını deyib:
“Bu rolu canlandırmaq həqiqətən də əyləncəli və həyəcanverici idi. Başlanğıcda bədənim bir az ağrıyırdı, amma hələ də dözümlü olması məni çox həyəcanlandırırdı. Nə qədər gözəl hisslər yaşadığımı hiss etdim. Amma ən çətin olanı çoxlu yemək yemək idi.
Çox yemək lazım idi. Bədənim doğuşdan zəifdir və çox arığam. Ən çətin hissəsi isə bədənimi normal formaya salmaq idi. Bu hiss məni tükəndirirdi”.
BAKU.WS
