"28 May" metrostansiyasında qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB
"28 May" metrostansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Sərnişin xarici görkəminə görə 65-70 yaş arasında kişi olub.
Qeyd edilir ki, hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib.
Əvəzinə depodan qatar verilib.
Xətlərdə yubanma olub.
***
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb.
Bu barədə BAKU.WS-ə Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
BAKU.WSMənbə: baku.ws