Şahmatçı Qarri Kasparov iki ilədək həbs edilə bilər
Müstəntiqlər şahmatçı Qarri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər.
Şahmatçı Rusiya Federasiyasında xarici agent kimi tanınıb.
Bildirilir ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.
Martın 6-da şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.//Apa
BAKU.WS