Bakıda intihar edən şəxs komendantın üstünə düşdü - İKİSİ DƏ ÖLDÜ
Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.
Qeyd edək ki, Hadisə Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
BAKU.WSMənbə: baku.ws