Image

"Bayern"dən daşqın qurbanlarına 1 milyonluq yardım

"Bayern" futbol klubu Almaniyanın cənubunda daşqın qurbanlarına 1 milyon avro yardım edib.

BAKU.WS xəbər verir ki, klub bu vəsaitin dəqiq necə istifadə olunacağına yaxın vaxtlarda qərar verəcək.

Qeyd edək ki, Almaniyanın cənubunda yerləşən Bavariya və Baden-Vürtemberq vilayətlərində yağan leysan güclü daşqınlar əmələ gətirib. Hadisə nəticəsində ölən və itkin düşənlərin olduğu bildirilir.

Xatırladaq ki, Münhen təmsilçisi 2023/2024 mövsümündə Bundesliqa turnir cədvəlində üçüncü yeri tutub.

"Bayern" bu mövsüm bir dəfə də olsun kubok qazanmayıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu