SOCAR-ın vitse-prezidenti: “Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağımıza ümid edirik"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağını ümid edir.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
“Bizim neft hasilatımızın əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. Əsas məqsədimiz neft hasilatının aşağı düşmə sürətini sabitləşdirmək və sonra müəyyən bir vaxtı bu səviyyədə saxlamaqdır. Eyni zamanda, yeni yataqların mənimsənilməsidir”, - o bildirib.
BAKU.WSMənbə: baku.ws