Ukraynada fərarilərin də orduda xidmət etməsinə icazə verildi
Ukrayna İstintaq Bürosu əsgər çatışmazlığı fonunda orduya fərariləri xidmətə qəbul etməyə icazə verib.
Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, adı çəkilən məsələ ilə bağlı Ukrayna İstintaq Bürosunun rəhbəri Aleksey Suxaçov Ukraynanın Baş Komandanı Aleksandr Sırskiyə məktub göndərib.
Məktubda qeyd edilir ki, bölmə komandirləri əsgərin mövqeləri tərk etməsi, lakin sonradan geri dönməsi hallarında fərqli yanaşmalar göstərirlər. Onlar bu cür halları hüquq-mühafizə orqanlarının qərarı olmadan fərarilik kimi qəbul edirlər.
Tövsiyyə olunub ki, könüllü olaraq bölmələrinə geri dönən əsgərlərin rütbəsini bərpa olunsun. Həmçinin onlara pul təminatı hüququ da saxlanılsın.
BAKU.WS