Image

"Rusiya müharibənin bitməsini və Qərblə münasibətlərin bərpasını istəyir, çünki..." - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin ötən gün Ukraynaya yardım və xarici silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsi ilə bağlı Qərbi hədələyən bir sıra bəyanatlar verib. O qeyd edib ki, ABŞ Ukraynaya silah verməsə, müharibə bir neçə aya bitər.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki, Vaşinqton yarım il Ukraynaya silah vermədi və bununla da Rusiya üçün çox ciddi fürsət pəncərəsi açdı:

“Moskva ləngimədən bu fürsətdən faydalanmaq istədi. 600 minlik ordu ilə bütün cəbhə boyu vəhşicəsinə hücuma keçdilər. Məqsəd Ukraynanın müqavimətini qırıb, onu təslimçi sülhə məcbur etmək və 2024-cü ildə məsələni bitirmək idi. Hazırda hücum əməliyyatının yeddinci ayıdır, Rusiya ordusu hələ ki, cəbhəni yara bilməyib. İrəliləyişlər olsa da, hərbi terminologiya ilə ifadə etsək, taktiki səviyyədədir. Plan isə Ukraynanın cəbhə xəttini çökdürüb, operativ genişliyə çıxmaq idi. Ukrayna ordusu ötən müddətdə məhdud imkanlarla inanılmaz şücaət göstərdi və uğurlu müqavimətini davam etdirir. Rus ordusunun itkilərinin bu müddətdə dəhşətli miqyas aldığı və Ukraynaya hərbi yardımların yenidən daxil olmağa başladığı nəzərə alınarsa, işğal komandanlığının bu il qarşıya qoyulan vəzifəyə nail olacağı şübhə doğurur”.

Ekspert bildirib ki, Xarkov əməliyyatının baş tutmadığını da söyləmək mümkündür:

“Rus hərbi müxbirlər senzuraya baxmayaraq, ehtiyatlı cümlələrlə ağır itkilərdən şikayətlənməyə başlayıblar. Məsələn, Xarkov cəbhəsində bütöv bir alayın məhvindən danışılır. Britaniya kəşfiyyatının məlumatına görə, may ayında rus ordusunun gündəlik canlı qüvvə itkisi 1200 nəfər olub. Müstəqil müşahidəçilərin foto və video sübutlar əsasında tərəflərin gündəlik hərbi texnika itkilərinə dair hesabatlarına nəzər salanda, yenə hücumda olan tərəflə bağlı böyük rəqəmlər görürük. Rusiya nəhəng resurslara sahib olsa da, heç nə tükənməz deyil.  Moskva müharibənin tezliklə dayandırılmasında və Qərblə münasibətlərin bərpasında maraqlıdır. Qərblə əlaqələr bərpa olunmadan, xarici iqtisadi əlaqələr yenidən diversifikasiya edilmədən Rusiyanın deqradasiyası davam edəcək. Asiya bazarına getdikcə daha çox yönəlmək məcburiyyəti onu Çinin xammal bazasına çevirir və bu ölkədən arzuolunmaz asılılığa aparır”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ müharibənin idarəolunan və kontrollu şəkildə davamında, Rusiyanın hərtərəfli aşınmaya məruz qalıb, resurslarını tükətməsində maraqlı görünür:

“Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə icazə verməklə, həm onun itkilərinin miqyasını artırırlar, həm də Putinin xarizmasını cızmış olurlar. Bu strategiya Ukrayna üçün də çox baha başa gəlir, lakin nə qədər ağır bədəllər ödəsə də, ukraynalılar bu ekzistensial savaşı davam etdirməyə məcburdur. Qərb tərəfindən xəyanətə məruz qalmasa, Ukraynanın bu sınaqdan ləyaqətlə və ədalətli şərtlərlə ayrılma şansı yüksək olaraq qalır”.

Mənbə: gundem.az

Xəbər lenti

BirbankStarkartını indi sifariş edin,nağdlaşdırmanıkomissiyasız edin    06.08.2026 14:53   Birbank müştəriləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il tarixləri arasında Birbank Star kartını əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər.  Kampaniya gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün əlavə üstünlüklər də yaradır. Belə ki, aktiv Birbank Star kartı olmayan və kampaniya müddətində yeni Birbank Star kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. Bununla yanaşı, Birbank Star kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə, Bir ekosisteminin partnyorlarında etdikləri ödənişlərə görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından faydalana bilərlər.  Birbank Star istifadəçilərə kredit vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini əlavə faiz yükü olmadan idarə etməyə imkan verir.  Birbank Star kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək mümkündür.  Kartın sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500 manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər.  Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/psr   Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.     Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaş Linki kopyala Facebook Bizi Facebookda izləyin Keçid et Youtube Bizi Youtube-da izləyin Keçid et Telegram Bizi Teleqramda izləyin Keçid et Twitter Bizi Twitterdə izləyin Keçid et Instagram Bizi Instagramda izləyin Keçid et Oxşar xəbərlər Oxşar xəbərlər İqtisadiyyat 14:53 BirbankStarkartını indi sifariş edin,nağdlaşdırmanıkomissiyasız edin    İqtisadiyyat 14:42 Cənubi Qafqaz boru kəməri üzrə xərclər 25% artıb İqtisadiyyat 10:27 Rusiyadan Ermənistana növbəti 14 vaqon buğda Azərbaycandan tranzitlə daşınacaq İqtisadiyyat 10:16 Qızılın qiyməti 4 300 dolları ötüb İqtisadiyyat 09:42 Dünya bazarlarında neft ucuzlaşır İqtisadiyyat 09:24 Bu günün valyuta məzənnələri açıqlnıb İqtisadiyyat 08:16 Avropada təbii qazın qiyməti Yaxın Şərqdən gələn diplomatik siqnallar fonunda enib İqtisadiyyat 08:10 Neft qiymətləri sabitləşib İqtisadiyyat 07:58 Dünya birjalarında qızıl və gümüşün qiyməti yüksəlib