Beyin əməliyyatı keçirən aktrisanın SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO
Bir neçə gün əvvəl beyin əməliyyatı keçirən aktrisa Burcu Karanın son vəziyyəti açıqlanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Əməliyyatla beynimdəki dostumdan xilas oldum" deyən Burcu hazırda xəstəxanadan evə buraxılıb.
O müalicələrini evində davam etdirir. Bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib.
O "Evimə qovuşdum" sözlərini yazaraq yeni fotosunu izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Burcu Kara "Haziran Gecesi", "Elveda Derken", "Romantik Komedi" kimi layihələrdə yaddaqalan obrazlar yaradıb.
BAKU.WS

