Dağıstanda kütləvi xəstəlik - 270-dən çox insan həkimə müraciət etdi
Dağıstanda yerli sakinlər bağırsaq infeksiyası ilə bağlı kütləvi şəkildə tibb müəssisələrinə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tass"a Buxnaksk şəhəri administrasiyasının mətbuat katibi Arip Arimov məlumat verib.
Bildirilib ki, hadisə Buxnaksk şəhərində baş verib. 270-dən çox insan kəskin bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.
"Hal-hazırda 30-dan çox insan xəstəxanaya yerləşdirilib, onlardan 21-i yetkinlik yaşına çatmamışdır", - Arimov bildirib.
Hadisənin səbəbi barədə məlumat yoxdur.
BAKU.WS