"Rossiya 24" telekanalının əməkdaşı minaya düşüb
Şebekino şəhərində dörd nəfər mina partlayışı nəticəsində yaralanıb, onlardan biri "Rossiya 24" telekanalının əməkdaşıdır.
Bunu Belqorod qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında bildirib.
"Ağır vəziyyətdə olan telekanalın operatoru Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, qarın boşluğu və sol çiyin nahiyəsindən qəlpə yaraları alıb. Hazırda həkimlər tərəfindən əməliyyat aparılır.
Ayaqlarından yaralanan digər şəxs təcili yardım briqadası tərəfindən Belqorod şəhərinin 2 nömrəli xəstəxanasına çatdırılıb.
Daha iki nəfərə tibbi yardım göstərilib və onların müalicəsi ambulator qaydada davam etdiriləcək",-deyə qubernator bildirib.
Qeyd edək ki, Şebekino Ukrayna tərəfindən müntəzəm olaraq artilleriya atəşinə və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalır.
BAKU.WS